İdman

Azərbaycanın voleybol klubları avrokuboklara qatılmayacaq

Voleybol üzrə avrokubokların 2021/22 mövsümündə iştirak edəcək komandaların tam siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu dəfə rekord sayda – 197 klub avrokuboklarda iştirak üçün qeydiyyatdan keçib.
Azərbaycan klubları qitə miqyaslı yarışlarda iştirak etməyəcək. Təmsilçilərimizdən heç biri qeydiyyatdan keçənlər arasında yer almayıblar.
Qitə klub turnirlərinin iştirakçılarının təmsil etdiyi 36 ölkə sırasına düşməyən Azərbaycan bir müddət əvvələ qədər Avropanın ən güclü liqalarına malik idi. Lakin son vaxtlar tənəzzülə uğrayan voleybolumuz növbəti dəfə Avropa səhnəsinə çıxmayacaq. Ötən il “Azərreyl” qitə kubokları üçün qeydiyyatdan keçsə də, sonradan yarışa qatılmaqdan boyun qaçırmışdı. Buna koronavirus pandemiyası və onun doğurduğu fəsadlar səbəb olmuşdu.
Qeyd edək ki, Azərbaycan klubları dəfələrlə avrokubokların “Dördlər finalı”nda çıxış edib, medallar qazanıb. Təmsilçilərimiz Çempionlar Liqasının mükafatlarına, həmçinin “Top-komandalar” və “Çelenc kuboku”na sahib olub.  

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button