İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsi 12% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 14 202,26 mln. ABŞ dolları təşkil edib.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
İlin ilk yarısında ixrac 8 811,10 mln. dollar, idxal isə 5 391,16 mln. dollar təşkil edib. İllik ifadədə Azərbaycanın xarici ticarət dövriyyəsi 12%, ixrac 14,6%, idxal isə 8% artıb.
Hesabat dövründə 3 419,94 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötə ilin analoji dövrü ilə müqayisədə 26,8% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button