İqtisadiyyat

Azərbaycanla ABŞ arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, ölkədə səfərdə olan  ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru Əfqan Nifti  və digər üzvləri ilə görüşüb.
“APA-Economics” xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, görüşdə ölkədə nəqliyyat sahəsində görülən işlər, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr və ABŞ şirkətləri ilə əməkdaşlıq barədə müzakirələr aparılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button