İqtisadiyyat

Azərbaycanla İndoneziya arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrup yaradılacaq

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 27 mln. ABŞ dolları təşkil edib.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarov İndoneziyanın Azərbaycanda səfiri Hildi Hamidlə görüşü zamanı deyib.
Nazirin sözlərinə görə, bununla belə, qarşılıqlı ticarətin artırılması üçün daha geniş imkanlar mövcuddur.
M. Cabbarov Azərbaycanın İndoneziya ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmini diqqətə çatdırıb.
Səfir H. Hamid İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Tərəflər sənaye, kənd təsərrüfatı, İKT, kiçik və orta biznes, turizm, idman və s. sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması, biznes dairələri arasında qarşılıqlı əlaqələrin qurulması, Azərbaycanda və İndoneziyada keçiriləcək beynəlxalq sərgilərdə hər iki ölkənin sahibkarlarının iştirakı, biznes forum formatında Azərbaycan-İndoneziya işgüzar görüşünün keçirilməsi barədə müzakirələr aparıblar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button