İqtisadiyyat

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri, COVID-19 pandemiyası dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Özbəkistan və Meksika səfirləri ilə görüşdə müzakirə edilib.

Özbəkistan səfiri Bahrom Aşrafxanovla görüşdə, həmçinin postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasında maraq ifadə edilib.

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri uan Rodrigo Labardini Floreslə də görüşdə isə tərəflər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü vurğulayıb.

Görüşlərdə, vaksinasiya prosesinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu proses sərhədlərin açılmasına, eləcə də beynəlxalq turizmin bərpasına töhfə verəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button