Dünya

Azərbaycanlı diplomat Türkmənistanın böyük şəxsiyyəti haqqında – MƏQALƏ

Vəhdət Sultanzadə öz diplomatik fəaliyyətinə ötən əsrin 60-cı illərində başlayıb. O, İran, Türkiyə, Əfqanıstan kimi ölkələrdə işləyib. Diplomatın sonuncu iş yeri isə Türkmənistan olub. Burada o, 10 ildən artıq müddətə əvvəlcə müşavir, daha sonra isə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
– Hörmətli Vəhdət müəllim, Sizi yenidən görməyə şadıq. Siz 10 il ərzində Türkmənistanda ölkəmizin maraqlarını təmsil etmisiniz, ölkələrimiz arasında körpü rolunu oynamısınız və hər iki ölkənin maraqlarına xidmət edən layihələr həyata keçirmisiniz. Azərbaycana qardaş ölkə olan Türkmənistan hər zaman diqqət mərkəzindədir. Bu gün, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ad günündə bu şəxs haqqında oxuyucularımıza məlumat verməyinizi istərdik.
– “Salam!
Mən nə qədər danışsam da, Türkmənistanın bu böyük şəxsiyyətini tam əks etdirə bilmərəm.
Vəzifələrimin icrasına 2006-cı ildə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində müşavir kimi başladım. Mənim fəaliyyətimin başlanğıcı demək olar ki, Qurbanqulu Berdiməhəmmədovun prezident vəzifəsinə seçilməsi ilə eyni vaxta düşdü. Onun hakimiyyətə gəlməsi zamanı ölkədə gördüklərim haqqında ilk təəssüratlarım müsbətdən daha çox idi. Zaman keçdikcə, Türkmənistanın öz əvəzedilməz liderinin rəhbərliyi altında necə sürətlə tərəqqi etdiyinin şahidi oldum. Dövlət xadimi kimi zəngin təcrübəsi və rəhbərlik istedadı sayəsində Türkmənistan prezidenti həm ölkədə, həm də onun hüdudlarından kənarda layiqli nüfuz qazandı.
Həm də “Arxadağ” adlandırılan Qurbanqulu Berdiməhəmmədov öz ölkəsini və xalqını düşünən təkcə görkəmli siyasətçi və dövlət başçısı deyil, həm də yaradıcı insandır. “Arxadağ” bir sıra kitabların və 50-dən elmi işin müəllifidir. Yeri gəlmişkən, 2010-cu ildə işıq üzü görmüş “Babasının arzularını həyata keçirən nəvə” kitabını Azərbaycan dilinə tərcümə etmək xoşbəxtliyi mənə nəsib olub. Kitabın təqdimatı Türkmənistanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstututunda baş tutmuşdu. Görüşün təşkilatçıları qismində Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi və Türkmənistanın Xarici İşlər Nazirliyi çıxış etmişdi. Düşünürəm ki, bu hadisə ölkərimizin qarşılıqlı hörmətə, bərabərliyə və tərəqqiyə doğru səylə çalışmağa əsaslanan dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinə sarsılmaz sadiqliyinin parlaq simvolu oldu.
Cənab prezidentin peşəkarlığına gəlincə, sadəcə son illərin hadisələrinə nəzər yetirmək kifayətdir. Məsələn, 2018-ci ilin avqust ayında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalandı. Bu hadisə Xəzər dənizində, çoxşaxəli qarşılıqlı əlaqələrin, o cümlədən, enerji sahəsində yeni əməkdaşlıq mərhələsinin başlanğıcı oldu. Bu, Xəzər dənizində bütün istiqamətlər üzrə əməkdaşlıq üçün əsas sənəd hesab olunur.
Mənim fikrimcə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2017-ci il avqustun 8-də Azərbaycana səfər etməsi və iki ölkə prezidentləri tərəfindən “Azərbaycan Respublikası və Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması bu sənədin də imzalanması üçün əsas rolunu oynamış oldu.
Bundan sonra Azərbaycan və Türkmənistan arasında əlaqələrdə kəskin artım müşahidə etmək olar.
2018-ci il noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfər etdi. Səfər zamanı ölkə başçıları “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatı”nı imzaladılar. Dövlət başçıları Türkmənistan və Azərbaycan Respublikası arasında tranzit, həmçinin, idxal-ixrac yükləninin daşınması məsələlərinin operativ surətdə həll edilməsi üçün Nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. 2019-cu il oktyabrın 10-da Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana igüzar səfər etdi. İşgüzar səfər çərçivəsində iki ölkə prezidentlərinin təkbətək görüşü baş tutdu.
2019-cu il oktaybrın 25-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında görüş baş tutdu. İşgüzar səfər çərçivəsində iki ölkə prezidentlərinin təkbətək görüşü keçirildi.
Bütün bu fəaliyyətlər 2021-ci il yanvarın 21-də öz məntiqi nəticəsini verdi. Həmin tarixdə Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu imzalandı.
Prezidentin beynəlxalq təşkilatlar və instutlarla işi ayrıca müzakirə mövzusudur. Bu yaxınlarda, 2021-ci il iyunun 10-da Aşqabadda yerləşən BMT Evinin Konfrans zalında BMT-nin Layihələrə xidmət üzrə orqanının (UNOPS) Türkmənistanda fəaliyyətə başlamasına həsr olunmuş təntənəli mərasim keçirildi. Arxadağın səyləri nəticəsində hər il beynəlxalq forumlar təşkil edilir, ölkə BMT, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, MDB, Qoşulmama hərəkatına üzrə ölkələr və s. tərəfindən təşkil edilən qlobal miqyaslı tədbirlərdə iştirak edir.
O, regionda sabit və təhlükəsiz mühitin qurulması yönəlmiş böyük işlər həyata keçirir. Qonşu ölkələrlə əlaqələr və məsləhətləşmələr regiona yalnız müsbət abu-hava gətirir.
İqtisadiyyat və infrastruktur sahəsində qarşılıqlı fayda kəsb edən əməkdaşlığının əhəmiyyəti başa düşən cənab Berdıməhəmmədov ölkədə və regionda logistikanın (Türkmənbaşı limanının yenidən qurulması) və karbohidrogen sektorunun (TAPİ qaz xətti layihəsi) inkişafına xüsusi diqqət ayırır.
Bir sözlə, Prezident Qurbanqulu Berdiməhəmmədov təkcə Türkmənistan miqyasında deyil, bütün dünya miqyasında böyük şəxsiyyətdir.
Qürur duyuram ki, mənim xidmət dövrüm bu cür böyük, humanist, peşəkar dövlət başçısının hakimiyyət illərinə təsadüf edib. “Qardaşlıq münasibətlərinə verdiyim töhfəyə görə” 2009-cu ildə Prezident Berdiməhəmmədov şəxsən məni Türkmənistanın dövlət mükafatı olan “Watana bolan söýgüsi üçin” medalı ilə təltif etdi. Həmin vaxt mən səfirlikdə müşavir vəzifəsində çalışırdım. Beləliklə, bu addımı ölkə başçısının həmin vaxt Azərbaycana qarşı qardaşlıq münasibətləri üçün zəmin yaratdığını hesab etmək olar. Həmin fəxri an daim mənim yaddaşımda qalacaq.
Mən Türkmənistan haqqında xəbərlərin oxuyucusuyam. İlin əvvəli Sərdar Berdiməhəmmədovun Türkmənistan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında xəbər məni çox sevindirdi. Sərdar Berdiməhəmmədov çox savadlı, ziyalı və ən əsası sadə insandır. O öz statusundan çəkinmədən insanlarla səhər yeməyi yemək və ya ünsiyyətdə olmaq üçün Aşqabadda hansısa kafeyə gələ bilər. Bu hələ mənim Türkmənistanda fəaliyyət göstərdiyim vaxtlardan belədir. Mən onun uğurlarına çox sevinirəm və ümid edirəm ki, onun nailiyyətləri həndəsi silsilə ilə artacaq.
Son olaraq, Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova şəxsən təbriklə müraciət etmək istəyirəm.
Hörmətli cənab Prezident, “Arxadağ”!
Sizi çox yaxşı tanıyıram və bütün ömrünü müstəqil və neytral Türkmənistanın hərtərəfli inkişafına həsr etmiş görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi kimi Sizə hörmət edirəm. Türkmənistanın bütün sahələr üzrə əldə etdiyi böyük nailiyyətlər bilavasitə Sizin müdrik və səmərəli siyasətinizlə bağlıdır.
Sizinlə səmimi söhbətlərimizi daim məmnuniyyətlə xatırladığımı ayrıca vurğulamaq istərdim.
Sizə möhkəm cansağlığı, ailə səadəti, bitməz güc və enerji, qardaş Türmənistan xalqına isə sülh, əmin-amanlıq və çiçənlənmə arzu edirəm!”

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button