İdman

Azərbaycanlı hakim “Petrokub” – “Sileks” oyununa təyinat alıb

Azərbaycanlı hakimlər Konfrans Liqasının oyununa təyinat alıb.
Apasport.az saytının məlumatına görə, ilk dəfə təşkil olunan yarışın I təsnifat mərhələsinin ilk görüşlərində təmsilçilərimiz iş başında olacaq.
UEFA Moldovada yerli “Petrokub”la Şimali Makedoniya “Sileks”inin matçına Elçin Məsiyevi təyin edib. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Kamal Umudlu qarşılaşmanın dördüncü hakimi olacaq.
Görüş Kişinyovdakı “Zimbru” stadionunda təşkil olunacaq. İyulun 8-dəki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, daha iki həmyerlimiz ilk oyunlarda UEFA nümayəndəsi olacaq. Könül Mehtiyeva “Valmiera” (Latviya) – “Suduva” (Litva), Zaur Hacı Məhərrəmov “Dila” (Gürcüstan) – “Jilina” (Slovakiya) matçına təyinat alıb.
Orxan Hüseynzadə isə Çempionlar Liqasının “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) qarşılaşmasında eyni vəzifəni yerinə yetirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button