İdman

Azərbaycanlı məşqçi danışılmış oyunlara görə futboldan ömürlük uzaqlaşdırılıb

AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Yığıncaqda danışılmış oyunlarla bağlı məsələyə baxılıb.

Qurumun nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma və rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edilən peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar da qəbul oluna bilər.

Barəsində sanksiya qərarı verilmiş şəxsin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button