İdman

Azərbaycanlı referi DÇ-yə namizəd hakimlər siyahısında

2021-ci ildə Rusiyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək namizəd hakimlərin adları açıqlanıb.

AFFA-nın saytı xəbər verir ki, 48 hakimin yer aldığı ilkin siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var.

Qeyd edək ki, 24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyul ayında açıqlanacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button