İqtisadiyyat

“Azərkosmos” statusunu dəyişir

Aprelin 27-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”)” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində  olan “Azərbaycan Respublikasının Kosmik Agentliyi” Açıq Səhmdar Cəmiyyətinin əsasında  yaradılıb.

Agentliyin fəaliyyəti kosmik peyklərin istismarından və digər mənbələrdən əldə olunan gəlirlərin hesabına maliyyələşdiriləcək.

Agentliyə onun sədri və iki müavini rəhbərlik edəcək. Agentliyin səlahiyyətləri ölkə prezidenti tərəfindən müəyyən ediləcək. Nazirlər Kabinetinə təşkilatın Nizamnaməsinin təsdiq edilməsi və onun nizamnamə fondunun müəyyən edilməsi tapşırılıb.

Qeyd edək ki, Azərbaycan hazırda iki telekommunikasiya peykinə malikdir.

İlk peyk 2009-cu ildə işə salınıb və ən azı 30 il istismar edilməlidir. Bu müddətdə onun istifadəsindən əldə olunan gəlirlər 600 milyon dollar təşkil etməlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button