Gündəm

‘Azərkosmos’a yeni sədr təyin edildi

Prezident İlham Əliyevin sərəncamı ilə Saməddin Əsədov “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə heyətinin sədri vəzifəsinə təyin edilib. Xəbər “Azərkosmos”un rəsmi saytında dərc edilib.

S.Əsədov bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Bu il aprelin 27-də Prezident İ.Əliyevin fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button