Cəmiyyət

“Azərpambıq ASK”nin sabiq direktorunun məhkəməsinin vaxtı məlum olub

“Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
“Report”un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 20-nə təyin edilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Qeyd edək ki, “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş vermiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılıb.
Aparılan istintaqla müəyyən edilib ki, qeyd edilən müəssisənin sabiq direktoru Həsrət Səfərov 2018-2019-cu illər ərzində tərtib edilmiş sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.
İş üzrə toplanan sübutlar əsasında Həsrət Səfərova 26 aprel 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button