Cəmiyyət

Azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar.
Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button