İdman

“Azarkeşlər Qarabağın kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar”

“Avropa çempionatı öncəsi iki qardaş komandanın mənim şəhərim olan Alanyada yoldaşlıq görüşü keçirməsi bizi çox məmnun etdi”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə ilə Azərbaycan arasında keçirilən yoldaşlıq görüşünü canlı izləyən nazir yerli mətbuata açıqlamasında gözəl oyun keçdiyini söyləyib: “Çox yaxşı sınaq matçı oldu. Azərbaycan yığması da yaxşı mübarizə aparan komandadır. Millimiz isə AVRO-2020-də əvvəlcə qrupdan çıxacaq, sonra da çempionluğa doğru irəliləyəcək. Şenol Günəşin liderlik etdiyi komandaya güvənirik. Bu gün bir millət, iki dövlətə yaraşan oyun oldu. Bildiyiniz kimi, Avropa çempionatında iki matçımızı Azərbaycanda keçirəcəyik. Qardaş Azərbaycanın millimizə uğurlu gələcəyinə inanıram. Bu gün az sayda azarkeş var idi. Amma onlara təşəkkür edirəm. Həm Türkiyə, həm də Azərbaycan lehinə şüarlar səsləndirdilər”.
Mövlud Çavuşoğlu stadiona toplaşan fanatlara səsləndirdikləri şüarlara görə bir daha təşəkkür edib: “Siyasəti futbola qarışdırmırıq. Amma millətimizin hissləri həm Azərbaycanda, həm də Türkiyədə yüksək səviyyədədir. Qarabağın da kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətə görə stadiona gələn azsaylı azarkeşlərimizə bu dəstəklərinə görə təşəkkürümüzü bildirirəm”.
Qeyd edək ki, oyun yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button