İqtisadiyyat

“Azeurotel” abunəçilərinin 70%-nin rabitə xidməti bərpa edilib

“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) tabeliyində fəaliyyət göstərən “Azeurotel” telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində meydana gələn çətinliyin böyük qismi aradan qaldırılıb.
“Baktelecom”dan “APA-Economics”ə verilən məlumata görə, xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri artıq bərpa edilib.
“Hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlər operativ qaydada davam etdirilir”, – “Baktelecom”dan bildirilib.
Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq 2 min abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button