İqtisadiyyat

“Azeurotel”in telefon qovşağında yaranan fasilə aradan qaldırılır

“Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən “Azeurotel” telekommunikasiya operatorunun 437/492/497/504/505  saylı Avtomat Telefon Stansiyalarındakı avadanlıqların işində fasilə yaranıb. “Baktelecom”dan “APA-Economics”ə verilən məlumata görə, nəticədə 2000 abunəçiyə rabitə xidmətlərinin ötürülməsində çətinlik yaranıb.Hazırda növbətçi heyət yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Qısa zamanda telekommunikasiya xidmətləri tam olaraq bərpa ediləcək.Gələcəkdə belə halların baş verməməsi və əhalinin dayanıqlı xidmətlərlə təminatı üçün tədbirlər gücləndiriləcək. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button