İqtisadiyyat

“Azexport” portalına daxil olan ixrac sifarişləri 22%-dək azalıb

Bu ilin yanvar-aprel aylarında “Azexport” portalına 164,2 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
“APA-Economics”in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5% azalıb.
Cari ilin aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 33 mln. dollar təşkil edib ki, bu da mart ayının göstəricisindən 21,4% azdır.
2021-ci ilin aprel ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, kartof, soğan, toyuq əti, quru süd, biyan kökü, pambıq yağı, toyuq yumurtası, çay, mühərrik yağı, şərab, tikinti materialı, qənnadı məhsulu, bal, alma, tekstil, nar şirəsi, zəfəran, noxud, enerji içkisi və s. mallara daxil olub. 
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 aprel tarixinədək (52 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 359,8 mln. dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button