Cəmiyyət

Bərdə və Tərtərdə 5 tondan çox narkotik tərkibli bitkilər aşkarlandı

Bərdə və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, tədbirlər zamanı Bərdə rayonun Lənbəran kəndi ərazisində çəkisi 5 ton 150 kiloqram olan 25 000 ədəd, Tərtər rayonunun Xoruzlu kəndində isə çəkisi 2 ton 100 kiloqram olan 4230 ədəd yabanı halda bitmiş çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button