Cəmiyyət

Bərdədə 7 yaşlı oğluna işgəncə verən ana valideynlik hüququndan məhrum edilir

Bərdə rayonunda 7 yaşlı oğluna işgəncə verən ana valideynlik hüququndan məhrum edilə bilər.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Raya Həsənovanın qanunsuz hərəkətləri hazırda azyaşlı Ömər Nəbizadənin həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütəmadi olaraq döyüb və 21.05.2021-ci il tarixdə qızdırılmış qaşıqla qollarına xəsarət yetirib.
Fakta görə Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq şöbəsinə tapşırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button