Cəmiyyət

Bərdədə qoyun oğurlayan şəxslər saxlanılıb

İyunun 24-də Bərdə rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Ləmbəran kəndi ərazisindəki özünə məxsus fermadan 25 ədəd xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, vətəndaşın müraciəti əsasında RPŞ-nin əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri keçirilib.
Davamlı tədbirlərlə iyulun 9-da oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Bərdə rayon sakini Elşad Mirzəyev və Kəlbəcər rayon sakini Amil Həsənov olduğu müəyyən edilib. Oğurluq yolu ilə ələ keçirilmiş 25 baş qoyun aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button