İqtisadiyyat

Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi topdansatış qiyməti ilə satılacaq

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” yeni hazırlanan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında müzakirə olunan qanun layihəsi 5 fəsil və 20 maddədən ibarətdir.
Qanun layihəsinə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətləri (tarifləri) müəyyənləşəcək.
Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.
Layihədə bildirilir ki, bu qanunla müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.
Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.
Zəmanətli tariflər bu Qanuna uyğun olaraq satınalma müqaviləsində müəyyən edilən müddət ərzində tətbiq edilir.
Eyni zamanda qanun layihəsində Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı atlasının yaradılması da nəzərdə tutulub.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button