İqtisadiyyat

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri müəyyənləşib

Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri və bu sahədə dövlətin vəzifələri müəyyənləşib.
APA-nın məlumatına görə, bu, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində əksini tapıb.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri aşağıdakılardır:
– dəstək mexanizmlərinin tətbiqi;
– dəstək mexanizmlərindən bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi;
– istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması;
– bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında beynəlxalq standartların tətbiqi;
– bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri isə aşağıdakılardır:
– elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
–  elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində fəaliyyət planlarını qəbul etmək;
– elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi aktları qəbul etmək;
–  elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;
– bərpa olunan enerji mənbələrinin ərazilərini müəyyənləşdirmək;
–  elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmlərini tətbiq etmək;
–  peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının tərtibi ilə bağlı tədbirlər həyata keçirmək.
 
 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button