Gündəm

Bəzi yerlərdə temperatur 44 dərəcəyə çata bilər

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi,  cənub küləyinin əsəcəyi gözlənir.  

Abşeronda gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 37-39 isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacağı bildirilir

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button