İqtisadiyyat

Bakı-Antalya aviareysinin təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan “Airbus A320” təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.
Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button