İqtisadiyyat

Bakı Limanında intermodal terminal tikiləcək

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı limanı) Avropadan Çinə daşınan yüklərin daha operativ qaydada aşırılmasını təmin etmək məqsədi ilə intermodal terminalın tikintisi nəzərdə tutur.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bunu QSC-nin baş direktoru Taleh Ziyadov Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema ilə görüşü zamanı deyib.
O, bu sahədə də Niderland Krallığında fəaliyyət göstərən şirkətlərlə geniş əməkdaşlığın edilməsini barədə fikri səsləndirib.
Görüşdə vurğulanıb ki, bu ilin 5 mart tarixində QSC ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahədə çalışmaq istəyən şəxslər Niderlanda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər. Eyni zamanda, 26 noyabr 2019-cu il tarixində Bakı Limanı ilə Niderlandın “Cabooter Group” şirkətləri arasında Orta Dəhliz vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalanıb və gələcəkdə bu sahədə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button