Cəmiyyət

Bakı məktəblərində koronavirusla bağlı durum açıqlanıb

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olunub və məktəb rəhbərliyi tərəfindən ərazidə yerləşən poliklinikaya bu barədə məlumat verilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.
Qeyd olunub ki, təhsil işçilərində yüksək hərarət qeydə alınmayıb: “Həmin tarixdə əyani dərs prosesində iştirak edən heç bir şəxsdə COVID-19 virusu aşkarlanmayıb. Distant təhsilə keçən sinif və ya məktəb olmayıb. Onu da qeyd edək ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunub. Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib. Eyni zamanda, məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib. Sinif otaqlarında şagirdlər arasında məsafə saxlanılıb, qaydalara uyğun olaraq, bir parta arxasında yalnız bir şagirdin oturması təmin edilib. Bundan başqa, məktəbə daxil olan hər bir şagirdin temperaturu ölçülür”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button