Cəmiyyət

Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq 

“Bu ilin sentyabr ayından məktəblərdəki psixoloq ştatının vakansiyaya çıxarılması nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, təhsil müəssisələrində psixoloji xidmət olduqca vacib məsələdir: “Xüsusilə də son dövrlərdə psixoloji- emosional vəziyyətin tənzimlənməsi gündəmdədir. Bununla əlaqədar Təhsil Nazirliyinin qərarı var ki, bütün məktəblərdə hər 1000 şagirdə 1 psixoloq ştatı ayrılsın. Buna uyğun olaraq yəqin ki, bu ilin sentyabr ayından psixoloq ştatı vakansiyaya çıxarılacaq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button