İqtisadiyyat

Bakı metrosu üçün gələn il daha 20 vaqon gətiriləcək

2022-ci ildə “Bakı Metropoliteni” QSC üçün daha 20 yeni vaqonun alınmasını nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov deyib.
Onun sözlərinə görə, Rusiyanın “Metrovaqonmaş” müəssisəsi ilə bağlanılan üçillik müqaviləyə əsasən, bu il Bakıya 20 vaqon gətirilib.
“Ümumi olaraq, müqavilə üzrə 60 vaqonun alınması nəzərdə tutulur”, – deyə F. Əhmədov qeyd edib.
O həmçinin əlavə edib ki, bu vaqonların istismara verilməsi “Metrovaqonmaş”ın nümayəndələrinin iştirakı ilə sazlama işləri aparıldıqdan sonra veriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button