İqtisadiyyat

Bakı metrosu üçün istehsal olunan dörd qatar Bakıya çatdırılıb

Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya çatdırılıb.
Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda qatarların 2-si depoda ikisi isə Keşlə qəsəbəsindədir. Qatarlar depoya çatdırıldıqdan sonra təxminən iki həftə ərzində sazlama, tənzimləmə və sınaq işləri aparılacaq və sonra istismara veriləcək.
Beləliklə, metropoliteninin yeni qatarların sayı 19-a çatdırılacaq. İstismar müddəti başa çatan qatarlar isə silinərək utilizasiya olunacaq.
Xatırladaq ki, hazırda “Bakı Metropoliteni”ndə 280 qatar mövcuddur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button