Cəmiyyət

Bakı metrosunda sərnişin qatar yoluna yıxılıb, qatarların hərəkəti dayanıb – YENİLƏNİB

Bakı metrosunun “Ulduz” stansiyasında qatar yoluna düşən şəxsin 22 yaşlı Həsənov Şahlar olduğu müəyyənləşib.
Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildirilib.
İlkin məlumata görə, o özünü pis hiss edib və bu səbəbdən qatar yoluna yıxılıb.
19:30
Bakı metrosunun “Ulduz” stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.
Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub: “Hadisə saat 19:05-də baş verib. Orta yaşlı bir kişi qatar yoluna düşüb. Bu zaman stansiyaya qatar yaxınlaşırmış. Onu dayandırıb, xətlərdən gərginlik çıxarılıb və sərnişin sağ-salamat çıxarılıb”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button