Siyasət

Bakı Moskvadan rəsmi izahat tələb etməlidir – Qulamhüseyn Əlibəyli

“Sülhməramlı adı altında Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən rus hərbi kontingentinin qoruduğu hərbi cinayətkar Araik Arutunyanın növbəti dəfə Moskvaya səfərə “dəvət olunması” seperatşı cinayətkar rejimin Rusiyanın siyasi və rəsmi dairələri tərəfindən müdafiə olunduğunu bir daha təsdiq edir. Bu fikirləri İstiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Partiya sədri daha sonra qeyd edib ki, seperatçı cinayətkar rejimin Rusiyanın siyasi və rəsmi dairələri tərəfindən müdafiə edilməsi, onun rəhbəri olan cinayətkarın Moskvaya dəvət olunması və səfərinin təşkili Rusiya dövlətinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyinin göstəricidir. Bu, eyni zamanda Rusiyanın Azərbaycana münasibətdə həyata keçirmək istədiyi çirkin niyyətindən xəbər verir.

Q.Əlibəyli daha sonra bildirib ki, Azərbaycan hakimiyyəti seperatçı cinayətkar rejimin və onun rəhbərinin Rusiya dövləti tərəfindən müdafiə olunmasına dözümlülük göstərməkdən əl çəkməli, Rusiyadan rəsmən müvafiq izahat tələb etməlidir. Eyni zamanda ölkəmizin suverenliyinə və ərazi bütovlüyünə hörmət edilməsi, işğal altında qalan, seperatçı rejimin və rus hərbi kontingentinin nəzarət etdiyi ərazilərimizdə erməni silahlı dəstələrinin tərksilah olunması, hərbi cinayətkarların tutularaq Azərbaycana təhvil verilməsi də rəsmən tələb olunmalıdır. 10 noyabr bəyanatını imzalayan dövlətlərdən 2-nin – Rusiya və ermənistanın həmin bəyanatın müddəalarına əməl etmədiyini nəzərə alaraq Azərbaycan da rəsmən özünü həmin bəyanatla bağlı hesab etməməli və rus hərbi kontingentinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməklə işğal altında qalan torpaqlarımızın azad edilməsi prosesinə başlamalıdır – deyə partiya sədri öz fikrini yekunlaşdırııb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button