Cəmiyyət

Bakı-Quba yolunda “KamAZ” aşıb, ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.
Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button