İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeronda tikintiyə küləyin təsirinə görə büdcədən əlavə vəsait ödəniləcək

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri ilə əlaqədar gücü 4 baldan yuxarı olan küləyin təsirinə görə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində yerləşən tikintilər üzrə podratçı təşkilatların əlavə xərcləri ödəniləcək.
APA-nın məlumatına görə, bu, nazirlər Kabinetinin  “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smetanormativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən,  gücü 4 baldan yuxarı olan küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinin səviyyəsi smeta dəyərindən aşağıdakı ölçülərdə nəzərə alınacaq:
– Bakı şəhərinin ərazisində yerləşən tikintilər üçün – 1,1 faiz;
– Abşeron rayonunun ərazisində yerləşən tikintilər üçün – 1,1 faiz;
– Sumqayıt şəhərinin ərazisində yerləşən tikintilər üçün – 1,1 faiz.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button