Cəmiyyət

Bakıda 16 yaşlı qızı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Fətəliyeva Fatimə Hümbət qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sol təpə nahiyəsinin hematoması, sağ pəncənin toxumalarının əzilməsi, sıyrılmış yarası diaqnozu qoyulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button