İqtisadiyyat

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “International Business Forum” (IBF) arasında 25-ci IBF forumunun Bakıda keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.
Forumun Azərbaycanda keçirilməsi iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button