Cəmiyyət

Bakıda 29 yaşlı gənci avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Təbriz küçəsində 1992-ci il təvəllüdlü Şahin Məhmətov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona aşıq baldır oynağının əziyi diaqnozu qoyulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button