Cəmiyyət

Bakıda 32 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1989-cu il təvəllüdlü Əzimov Natiq İsabala oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button