Cəmiyyət

Bakıda 62 yaşlı ahıl qadını avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Zabrat qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həsənova Sofiya Nadir qızını vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button