Gündəm

Bakıda ağaclıq yanır

Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu” adlanan ərazinin yaxınlığında ağaclıq yanır.

Fövqəladə hallar Nazirliyinin mətbuat xidmətindən “Turan”a verilən məlumata görə, əraziyə Yüksək Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

“Artıq yanğın məhdudlaşdırılıb və yaxın müddətdə tam söndürüləcək” – nazirlikdən bildirilir.

Sosila mediada yayılan fotolardan yanğının geniş ərazini əhatə etdiyi görünür.

FHN əlavə məlumat veriləcəyini deyir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button