Cəmiyyət

Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

Bakıda yol qəzası olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
Bakı Nəqliyyat Agentliyindən “Report”a bildirilib ki, sözügedən avtobus hər hansı bir müntəzəm marşrut xəttinə aid nəqliyyat vasitəsi deyil.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button