Cəmiyyət

Bakıda avtomobil piyadanı vurdu |

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rəsulzadə qəsəbəsində avtomobil yolu keçən piyada, 1975-ci il təvəllüdlü Nəbiyev Həşim Nəbi oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Nəbiyevə sol baldırın açıq sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button