Cəmiyyət

Bakıda avtomobillə motosiklet toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində motosikletlə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü, Əfəndiyev Nicat Xeyirbəy oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ dizin və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button