Cəmiyyət

Bakıda avtoservisdə yanğın olub | Report.az

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 5 000 m² olan avtoservisin ərazisində sahəsi 80 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar yanıb.
Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button