Mədəniyyət

Bakıda doğulan məşhur sovet rejissoru vəfat edib

Bakı. Orxan Nəbiyev – Trend:
Məşhur sovet rejissoru Vladimir Menşov vəfat edib.
Trend-in məlumatına görə, bu barədə “Mosfilm” studiyası bildirib.
Rejissorun 82 yaşında koronavirusun fəsadları nəticəsində həyatını dəyişdiyi deyilir.
Qeyd edək ki, V.Menşov “Moskva göz yaşlarına inanmır”, “Sevgi və göyərçinlər” kimi filmlərin müəllifi olub. “Moskva göz yaşlarına inanmır” filmi 1981-ci ildə “Ən yaxşı xarici film” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb.

Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda anadan olub.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button