Cəmiyyət

Bakıda evakuator maşını minik avtomobili ilə toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Mərdəkan şosesində 99-JR-282 dövlət nömrə nişanlı “İsuzu” markalı evakuatorla, 99-RN-941 dövlət nömrə nişanlı “Renault” markalı avtomobil toqquşub. Qəza nəticəsində orta yaşlı kişi (şəxsiyyəti araşdırılır – red) hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button