Cəmiyyət

Bakıda gənc oğlan orta məktəbdə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Musayev Füzuli Zülfüqar oğlu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin həyətində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda sol said və sol bazu nahiyələrinin iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. F.Musayev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button