Cəmiyyət

Bakıda gəncin intiharı ilə bağlı araşdırmalara başlanılıb

Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button