İdman

Bakıda Kristian Eriksenə dəstək nümayiş etdiriblər

AVRO-2020-nin Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və könüllüləri bu gün Danimarka milli komandasının üzvü Kristian Eriksenə dəstək nümayiş etdiriblər.
Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.
AVRO-2020-nin B qrupu çərçivəsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Eriksenin səhhətində ciddi problem yaranıb. Huşunu itirən futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyə olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button