Cəmiyyət

Bakıda Lokomotiv deposu ərazisində mərmi aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Lokomotiv deposunun ərazisində polis əməkdaşı tərəfindən mərmi aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən “Report”un məlumatına görə, məlumat əsasında dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən tapılan sursatın döyüş tətbiqinə yararlı bir ədəd 23 mm-lik zenit mərmisi olduğu müəyyən edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən müvafiq qaydada ərazidən götürülüb.
Hadisə yerinə və ətraf əraziyə təkrar baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button