Cəmiyyət

Bakıda mənşəyi məlum olmayan 260 kq heyvan cəmdəyi aşkarlanıb – VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan “Report”a bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Suraxanı rayonu, Əmircan qəsəbəsi, T. Bağırov küçəsində qanunsuz fəaliyyət göstərən ət emalı sexində reyd keçirilib. Reyd zamanı Novruzov Eyvaz Əli oğlu tərəfindən ümumi sahəsi 6 sot hasarlanmış ərazidə iki otaqdan ibarət olan və antisanitar şəraitdə mal başlarının emalı və ətin sümükdən ayrılması prosesinin həyata keçirildiyi məlum olub. Araşdırma zamanı emal sahəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə emal olunmuş və satışa təqdim edilməsi nəzərdə tutulan ümumi çəkisi 260 kq heyvan cəmdəyi hissələri (baş, ayaq və qarın) aşkar edilib. Eyni zamanda sözügedən məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq”, – AQTA-dan bildirilib..

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button